Fərhad Hacıyev Bakı Ali Neft Məktəbində olub
04 noyabr 2013 12:22 (UTC +04:00)

Fərhad Hacıyev Bakı Ali Neft Məktəbində olub

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb. Lent. az-ın məlumatına görə, görüşdə məktəbinin rektoru Elmar Qasımov çıxış edib. Sonra Gənclər Fondunun yaradılması və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verən F. Hacıyev bildirib ki, bu fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur. Tələbələri artıq 4-cü dəfə keçiriləcək qrant müsabiqəsində aktiv iştirak etməyə çağıran F.Hacıyev müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat verib.

 

Gənclər Fondu ilə artıq fəaliyyətə başladıqlarını bildirən BANM Tələbə Senatının sədri Rəvan Adilov bildirib ki, onların təşkilatı ATGTİ –ilə birlikdə həyata keçirmək istədikləri “Gənc Neftçilərin I Bilik Olimpiyadası” layihəsi üçün Gənclər Fondunun həyata keçirdiyi 3–cü qrant müsabiqəsinin qalib layihələrindən olub və yaxın zamanda bu layihənin icrasına başlanılacaq.

Daha sonra F. Hacıyev tələbələrin çoxsaylı suallarını cavablandırıb və fikir mübadiləsi aparıb.

 

# 1059
avatar

Oxşar yazılar