Bu gün Gəncədə bayram əhval-ruhiyyəsi olub. Lent.az-ın məlumatına görə, 39 saylı Kəpəz birinci(Gəncə) Seçki Dairəsinin 15 saylı məntəqəsində Gəncə sakinləri Xaliq Aydınlı və Təhminə Səmadzadənin toy günü Referendum gününə təsadüf etdiyindən, gənclər bəy-gəlin libasında seçki məntəqəsinə gəliblər və Konstitusiya islahatlarına səs veriblər. Xaliq Aydınlı bildirib ki, 26 sentyabr bizim həyatımıza əbədi həkk olunacaq: "Çünki bu gün bizim həyatımızın uğur başlanğıcıdır. Biz xoşbəxt olacağımıza inanırıq və bu xoşbəxtliyə, gözəl gələcəyimizə səs veririk".
***
Şəkidə 115 saylı dairə-seçki komissiyasının 6 saylı məntəqəsində maraqlı hadisə yaşanıb.
Lent.az-ın ARB TV-ə istinadən məlumatına görə, bu gün toyu olacaq bəy və gəlin səsvermədə iştirak ediblər.
Həyatlarının ən əlamətdar günlərindən birində ölkə üçün əhəmiyyət kəsb edən referendum səsverməsindən kənarda qalmayan cütlük əvvəlcə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər. Daha sonra seçki məntəqəsindən birbaşa şadlıq sarayına yola düşüblər.