Ev sənədlərindən birinin alınması asanlaşacaq
21 oktyabr 2013 16:00 (UTC +04:00)

Ev sənədlərindən birinin alınması asanlaşacaq

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin yeni mərhələdə daha da inkişaf etdirilməsi üçün bir sıra tədbirlər hazırlayıb.

Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, yaxın günlərdə təqdim ediləcək növbəti yeni layihə daşınmaz əmlakların özgəninkiləşdirilməsi    zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların (əhali arasında bu Forma 1 arayışı adı ilə adlandırılır) real vaxt rejimində notariuslara verilməsi olacaq.

 

İndiyədək əmlak alqı-satqısı, bağışlanması zamanı vətəndaşlar bu əmlakın ona məxsus olduğu və ya girovda, həbsdə  olub-olmadığı barədə dövlət reyestrindən arayış almalıdır. Baxmayaraq ki, indi elektron xidmətlər bu sahədə müəyyən əlverişli imkanlar yaradıb, lakin elektron imza və ya digər səbəblər üzündən buna bəzən müəyyən vaxt sərf olunur. Sistemi daha da mükəmməl etmək üçün hazırda daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə “onlayn” rejimdə əlaqə yaradılmaqla aparılması istiqamətində hazırlıq işləri başa çatdırılmaq üzrədir. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların onlayn mübadiləsinə, rüsumların bir mənbədə elektron qaydada ödənilməsinə dair təkliflər artıq hazırlanıb və dövlət orqanlarına təqdim edilib. Qeydiyyat idarələri ilə notariat orqanları arasında real vaxt rejimində qarşılıqlı informasiya mübadiləsi Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsində də yer alıb.  Qeyd olunan məsələlərin Dövlət Komitəsi və Ədliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətlə tənzimlənməsi nəzərdə tutulub. Bu mexanizm yaxın günlərdə işə düşəcək və vətəndaşlarımızın istifadəsinə veriləcək, onların rahatlığı üçün daha bir addım atılacaq. 

 

Bu tədbirin icrası nəticəsində əmlak əldə etmiş vətəndaşların hüquqlarının qeydiyyatı prosesi daha da sadələşəcək, qeydiyyat müddətləri problemi aradan qalxacaq. Daha çevik və şəffaf qeydiyyat prosedurları tətbiq ediləcək və daşınmaz əmlaka dair sorğuların və müraciətlərin operativ təmin edilməsinə geniş zəmin yaranacaq. Vətəndaşların sənədləşdirmə prosesinə sərf etdiyi vaxta qənaət olunacaq, birbaşa ünsiyyətlər aradan qalxacaq, dövlətin şəffaflıqla bağlı  tədbirlərinin səmərəliliyi təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Oxşar yazılar