Dünya ermənilərinin baş keşişi görüşmək üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təklif göndərib.
Təklif erməni kilsəsinin Gürcüstandakı təmsilçisi Vazgen Mirzəxanyan tərəfindən Allahşükür Paşazadəyə Gürcüstana səfəri zamanı təqdim olunub.
Lent.az-ın «Novosti Armenii»-yə istinadən məlumatına görə, erməni kilsəsinin mətbuat xidmətindən bildirilib ki, 2011-ci ildə Moskvada keçirilən üçtərəfli (Rusiya pravoslav kiləsi başçısının da iştirakı ilə) danışıqlar zamanı bu görüşün Qarabağda gerçəkləşdirilməsi təklif olunub.