

Enerji içkiləri azyaşlılara satılmayacaq: QARŞISI ALINA BİLƏCƏKMİ?
Xəbər verdiyimiz kimi, 2020-ci il yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nda 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına da icazə verilməyəcək.
Mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, enerji içkilərinin satışı ilə bağlı qüvvəyə minəcək qaydalar müsbət dəyişikliklərə səbəb ola bilər:

“Ancaq bunun üçün ciddi təbliğat aparılmalıdır. Əgər bu baş tutmazsa, nəticə müsbət olmayacaq və əvvəlki kimi enerji içkilərinin azyaşlılara, eləcə də məktəb və bağça yaxınlıqlarında satılması davam edəcək. Təəssüf ki, bütün bunlar tələb və təkliflə baş tutur.
Xatırladım ki, siqaretlə bağlı da çox əhəmiyyətli qərarlar qəbul olunub. Məsələn, illərdir ki, siqaretin tək-tək, eləcə də azyaşlılara və təhsil müəssisələri ətrafında satışına qadağa qoyulub. Ancaq reallıqda buna əməl edilmir”.
E.Hüseynov əlavə edib ki, sözügedən qərarları cəmiyyətdə dəstəklənsə də, nəticə ürəkaçan ola bilər:
“Çox təəssüflər olsun ki, Azərbaycan hökumətinin istehlakçı hüquqlarını qorumaq siyasəti yaxşı vəziyyətdə deyil.
Təsadüfi deyil ki, cənab Prezidentin iki il əvvəl bazara nəzarət edən xüsusi agentliyin yaradılması ilə bağlı xüsusi agentliyin yaradılması təşkil olunmayıb. Azad İstehlakçılar Birliyi bu vəziyyətdən çox narazı və narahatdır”.
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04