Ən çox yağıntı düşən bölgələr açıqlandı
04 iyul 2013 11:38 (UTC +04:00)

Ən çox yağıntı düşən bölgələr açıqlandı

İyulun 3-də axşam, iyulun 3-dən 4-ə keçən gecə və səhər saatlarında ən çox yağıntının düşdüyü ərazilər açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Lent.az-a açıqlamasında deyib ki, əksər rayonlara yağış yağıb.

 

Ən çox yağıntı isə Qəbələ, Zaqatala, Mingəçevir, Şəki (Kişçay), Oğuz və Qax rayonunun dağlıq ərazisinə (Sarıdaş) düşüb. Nəticədə  Böyük Qafqazın cənub yamacı çaylarında suyun səviyyəsində artım müşahidə olunub.

 

Havaların yağıntılı keçməsinə baxmayaraq, temperatur hazırda aylıq iqlim normasından 1 dərəcə yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854
avatar

Oxşar yazılar