"Dövlət başçısı tərəfindən veteranlara prezident təqaüdünün verilməsi gözəl bir addım oldu”.
Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.
Emil Həsənli qeyd edib ki, Prezidentin sərəncamı ilə artıq veteranlar da təqaüd alacaq: “Prezident təqaüdü bundan qabaq yalnız Milli Qəhrəmanlara, Qarabağ əlillərinə, 20 yanvar hadisələrinin iştirakçılarına və şəhid ailələrinə verilirdi. İndi isə bu təqaüdünün veteranlara da şamil edilməsi gözəl bir addım oldu”.
QHT rəhbəri Prezidentin sosial siyasətlə bağlı verdiyi sərəncamların əhəmiyyətindən də danışıb: “Əmək haqları, təqaüdlər, şəhid ailələrinin müavinətləri, Əfqanıstan müharibəsi zamanı həlak olan şəxslərin ailələrinə verilən müavinətlər artırılıb. Həmçinin, ötən il ərzində müavinət alan şəxslərin sayı çoxaldılıb, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Bir çox hərbi qulluqçu evlə təmin olunub. Şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələr verildi. Biz əminik ki, bu siyasət davamlı olacaq”.