10 bankın əmanətçilərinə 712 milyon manatdan artıq kompensasiya verilib
01 dekabr 2016 17:37 (UTC +04:00)

10 bankın əmanətçilərinə 712 milyon manatdan artıq kompensasiya verilib

Əmanətlərin Sığortalanması Fondu Sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə kompensasiya ödənişi barədə məlumat yayıb. Lent.az-ın fondun saytına istinadən verdiyi məlumata görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 30 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 870 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 369 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 miyon 452 min  manatdan  artıq  kompensasiya verilib. 

 

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 226 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 928 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 154 min manatdan artıq kompensasiya verilib. 

 

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 099 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 222  min manatdan artıq kompensasiya verilib.

 

"Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  425  milyon  669  min  manatdan artıq  kompensasiya  ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə verilib.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 712 milyon 497 min manatdan artıq kompensasiya ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar