Əmanətçilərə yeni il hədiyyəsi
28 dekabr 2012 13:38 (UTC +04:00)

Əmanətçilərə yeni il hədiyyəsi

Bank əmanətlərindən qazanılan faizlər vergidən azad edilib

 

Milli Məclis əhalinin bank və kredit təşkilatlarındakı əmanətlərinin gəlir vergisindən azad edilməsi barədə qərar qəbul edib. MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə «Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında» qanun layihəsi barədə məlumat verərək bildirib ki, hazırda əhalinin banklardakı əmanətlərinin həcmi 4 milyard manatı keçib: «Hesablamalar göstərib ki, 2012-ci ildə bu əmanətlərin sahibləri həmin əmanətlər üzrə 500 milyon manata yaxın gəlir əldə edəcəklər. Bu məbləğdən tutula bilən gəlir vergisinin həcmi isə 60-70 milyon manat ətrafında dəyişir».

 

Millət vəkili bu qanun layihəsinin əmanətçilər üçün ölkə rəhbərliyi tərəfindən yeni il hədiyyəsi hesab edib.

 

Parlament bu hədiyyəyə etiraz etməyib.

 

Beləliklə, gələni il yanvarın 1-dən etibarən bank əmanətləri 1 illiyə gəlir vergisindən azad olunacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar