Elsevər Ağayev: <span style="color:red;">"Bu il 20-21 ana ölümü qeydə alınıb”
05 noyabr 2014 12:50 (UTC +04:00)

Elsevər Ağayev: "Bu il 20-21 ana ölümü qeydə alınıb”

 

"Azərbaycanda 2007-ci illə müqayisədə doğuş zamanı ana ölümləri 2,5 dəfə azalaraq hər 100000 diridoğulana 14,7 faiz təşkil edib. Bundan əlavə Azərbaycanda ana ölümü göstəricisi postsovet ölkələri arasında ən aşağı göstəricilərdən biridir".

 

Bunu APA TV-yə səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, bəzən hamiləliyə icazə verilmədiyi hallarda qadınlar həyatlarının bahasına ana olmaq qərarını həkimlə məsləhətləşmədən qəbul edirlər:" Hər bir ananın ölümü Səhiyyə Nazirliyini ciddi narahat edir. Rəqəmlərə baxdıqda isə azalma müşahidə olunur. Bu il 20-21 ana ölümü qeydə alınıb. Birbaşa həkimlərin günahı üzündən ana ölümü olmayıb. Söz yox ki, həkimlərin bu və ya digər dərəcədə səhlənkarlığına da rast gəlinir ".

 

Nazir müavini deyib ki, doğuşa gələn anaların əksəriyyəti qeysəriyyə əməliyyatlarına üstünlük verir: "Göstəriş olmadan qeysəriyyə əməliyyatı edən həkimlərə müəyyən inzibatı cəzalar düşür. Bununla bağlı qanunvericilikdə müəyyən düzəliş olduqdan sonra ana ölümlərinin sayı kifayət qədər azalıb".

 

Nazir müavini deyir ki, Səhiyyə Nazirliyi həkimlərin səhvi üzündən baş verən halları araşdırıb və həmin həkimlər cəzalandırılıb. Həmin həkimlər ya aşağı vəzifəyə keçirilib, ya da işdən azad olunublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601
avatar

Oxşar yazılar