Elşad İskəndərov yenidən vəzifəyə seçildi - YENİLƏNİB
09 may 2014 13:49 (UTC +04:00)

Elşad İskəndərov yenidən vəzifəyə seçildi - YENİLƏNİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov yenidən Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Baş katibi seçilib. Forumun İstanbuldakı Baş Qərargahından Lent.az-a verilən məlumata görə,  İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum olan forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ-İKGF-nin prezidenti Əli Sarıkaya mayın 6-da imzalayıb.

 

Qərarda həmçinin E. İskəndərova forumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib. Fövqəladə və səlahiyyətli səfir diplomatik ranqında olan E. İskəndərov bu vəzifədə Azərbaycanı rəsmən təmsil edəcək.

Qeyd edək ki, İƏT-in 57 üzv ölkəsindən 41-də təmsil olunan forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. DƏ-İKGF növbəti Baş Assambleyasının 2014-cü ildə keçirilməsi haqqında qərar Forumun İdarə Heyəti tərəfindən bu ilin yanvar ayında qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31