Elmar Məmmədyarovun atası nazir oğlundan danışdı
02 fevral 2015 13:00 (UTC +04:00)

Elmar Məmmədyarovun atası nazir oğlundan danışdı

“Elmar Məmmədyarov mənim kiçik oğlumdur.Getdi Kiyevdə oxudu. Oranı bitirdikdən sonra SSRİ Diplomatiya akademiyasında aspiranturaya daxil oldu”. Lent.az-ın məlumatına görə, bunu modern.az-a müsahibəsində nazirin atası, 91 yaşlı akademik Məhərrəm Məmmədyarov bildirib. Nazir oğlu haqqında danışan qocaman akademik vurğulayıb ki, E. Məmmədyarov məktəbi bitirdikdən sonra, atasından beynəlxalq əlaqələr ixtisası üzrə oxumaq istədiyini bildirib:

"Dissertasiyasını müdafiə etdikdən sonra birbaşa Xarici İşlər Nazirliyində işləməyə başladı”- deyə, akademik əlavə edib.

Böyük oğlu haqqında da danışan M. Məmmədyarov vurğulayıb ki, böyük oğlu Ayaz riyaziyyatçı olmaq istəyirdi. “Oturduq söhbət etdik. Mən ona Tibb  İnstitutuna daxil olmağı tövsiyə etdim. O, etiraz etmədi və pediator olmaq istədiyini söylədi. 6 il Tibb İnstitutunda layiqincə oxudu. Ayaz Tibb İnstitutunu bitirdikdən sonra Uşaq Nevrorloji Xəstəxanasında işləməyə başlamışdı. İndi o, Moskvada yaşayır, Rusiya Tibb Akademiyasının Pediatriya İnstitutunda aparıcı mütəxəssisdir, şöbə müdiridir, tibb elmləri doktorudur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar