Elman Mehdiyev Almaniyanın Sosial Sığorta Təşkilatının rəhbəri ilə görüşüb
12 fevral 2015 12:22 (UTC +04:00)

Elman Mehdiyev Almaniyanın Sosial Sığorta Təşkilatının rəhbəri ilə görüşüb

 

Dövlət Sosial Müdafiə Fondunda ölkəmizdə səfərdə olan Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru Yoakim Bröyerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, görüşdə DSMF sədri Elman Mehdiyev Fondun fəaliyyəti və ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə ətraflı məlumat verib.

 

E. Mehdiyev bildirib ki, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Görüş zamanı qeyd olunub ki, ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Pensiya islahatı konsepsiyasının əhəmiyyətindən söz açan DSMF sədri sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıdığını vurğulayıb.

 

Y. Bröyer Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirərək bunun ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Səfərin əsas məqsədinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və birgə tədbirlərin planlaşdırılması olduğu diqqətə çatdırılıb və Azərbaycanın təcrübəsi inkişaf etməkdə olan digər ölkələr üçün nümunə olaraq qiymətləndirilib.

 

DSMF-də keçirilən görüşdə aparılan müzakirələr zamanı iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi və yaxın gələcəkdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

 

# 139
avatar

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22