Əlil və şəhid ailələrinə  yeni yaşayış binaları veriləcək
22 oktyabr 2013 21:03 (UTC +04:00)

Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək

Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün respublikanın müxtəlif bölgələrində mənzil tikintisi işləri davam etdirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, cari ilin sonunadək Bərdə və Şamaxı rayonlarının hər birində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan və Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları qeyd olunan təbəqələrdən olan vətəndaşların istifadəsinə veriləcək.

 

Beləliklə, cari il ərzində ümumilikdə 414 mənzilin əlil və şəhid ailələrinə təqdim olunması nəzərdə tutulur ki, bununla da indiyədək mənzillə təmin edilən əlil və şəhid ailələrinin sayı 5250-ni ötəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947
avatar

Oxşar yazılar