“Respublikamızda uşaqlara sosial xidmətlərin göstərilməsi üçün ayrılan iki milyon manat vəsait hesabına YUNİSEF-in dəstəyi ilə yol xəritəsi hazırlanacaq”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yol xəritəsi regionlar üzrə sosial baxımdan çətin vəziyyətdə olan uşaqlar, yeniyetmələr, eyni zamanda, fiziki və sağlamlıq imkanları məhdud olan uşaqların müəyyənləşdirilməsinə xidmət edəcək. Nazirin sözlərinə görə, bəzən fiziki və sağlamlıq imkanları məhdud olan uşaqlar kifayət qədər zəngin ailələrdə yaşayırlar və o uşaqların xüsusi dövlət qayğısına ehtiyacları olmur: “Biz araşdırma aparmaqla xüsusi imtiyazı olan ailələri müəyyənləşdirməliyik. Bu məqsədlə hazırlanacaq yol xəritəsinə əsasən, respublikanın bütün rayonlarında monitorinqlər keçiriləcək. Monitorinqlər nəticəsində ehtiyacları öyrənmək üçün kifayət qədər böyük imkanlar yaranacaq. Yol xəritəsinə uyğun olaraq gələcəkdə belə xidmətlər daimi olacaq. Belə ki, xəstə uşaqlara və ehtiyacı olan insanlara bu cür xidmətlər göstəriləcək”.
Əlil uşaqlar üçün yol xəritəsi hazırlanacaq
1053