Əlibəy Hüseyzadənin qızı: “Atatürk öləndə atam ağladı”
24 fevral 2014 17:26 (UTC +04:00)

Əlibəy Hüseyzadənin qızı: “Atatürk öləndə atam ağladı”

Fevralın 24-də XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən alim, filosof, tarixçi Əlibəy Hüseynzadənin doğum günüdür. 1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra həmişəlik İstanbula köçən Əlibəy Hüseynzadənin üçüncü övladı Feyzavər Alpsar bu şəhərdə dünyaya gəlib. Əli bəy Hüseynzadənin 150 illik yubileyində Feyzavər xanım atası ilə bağlı təəssüratlarını APA TV ilə bölüşüb.

 

“Uşaqlıqda atamı xatırlamağa başladığım zamanda, mənim üçün çox böyük sevinc idi. Məni çox sevərdi. Küçük-küçük yaramazlıqlarımı çox hoş görürdü. Azərbaycana çox bağlı idi. Evdə siyasətdən bəhs etməzdi. Yalnız Atatürk öldüyü zaman gözlərinin yaşardığını gördüm və  bir də Əhmədbəy Ağaoğlu vəfat edəndə çox pis olmuşdu”.

 

Əlibəy Hüseynzadənin qızı Azərbaycan xalqına atasına qarşı bu qədər diqqət göstərdiyinə görə təşəkkür edib.

 

“Sizlər atamı məndən daha yaxşı tanıyırsınız. Buna görə təşəkkür edirəm. Burada da atamın yubileyini qeyd etməyə, mənimlə görüşməyə başladılar. Bütün dostlara və sizlərə təşəkkür edirəm”.

 

Feyzavər Alpsar Azərbaycanda heç vaxt olmadığını və atasının 150  illik yubileyi ərəfəsində səhhəti imkan verərsə, ölkəmizə gəlməyi çox arzuladığını deyib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar