Əli Həsənov: “İşğalda olan ərazilərdən güclü narkotik axını həyata keçirilir”
18 aprel 2014 17:36 (UTC +04:00)

Əli Həsənov: “İşğalda olan ərazilərdən güclü narkotik axını həyata keçirilir”

“Hazırda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem xaricdən gətirilən narkotiklərlə bağlıdır”.


 

APA-nın verdiyi məlumata görə, bu, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsində əksini tapıb.

 

Ə. Həsənov deyib ki, bu, ilk növbədə narkotiklərin Şərqdən Qərbə tranziti baxımından respublikamızın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir: “Narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır. Azərbaycan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini bəyan etsə də, bir çox hallarda mübarizədə çətinliklərlə üzləşir. Erməni işğalçılarının apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətrafında yerləşən 7 rayonu zəbt edilib. Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometr hissəsi nəzarətsiz qalıb və həmin ərazilərdən Avropaya və digər ölkələrə güclü narkotik axını həyata keçirilir.  İşğal altındakı ərazilərdə narkotiklərin istehsal edilməsi,  onun satışından əldə edilən külli miqdarda vəsaitin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır. Bu da Qafqazda sabitliyin pozulmasının əsas amillərindən biri sayılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Oxşar yazılar