
Ehtiyatda olan hərbi qulluqçular şəhid mayorun məzarını ziyarət ediblər
Ehtiyatda olan bir qrup hərbi qulluqçu mayın 30-da erməni silahlı bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan mayor Aqil Akif oğlu Omarovun məzarını ziyarət edib.
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutmuş ziyarətə ehtiyatda olan bir qrup hərbi qulluqçu, hərbi ekspertlər və Qarabağ qaziləri qatılıb. Onlar Qax rayonunun Lələpaşa kəndində A.Omarovun yas mərasimində iştirak edib, şəhidin ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər.
Daha sonra şəhidin məzarıziyarət edilib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli şəhidin məzarı başında çıxış edərək A.Omarovun Azərbaycanın ərazi bütövlüyünün qorunmasındakı xidmətlərindən danışıb. A. Omarovun vətən uğrunda şəhid olduğunu qeyd edən E.Həsənli onun xatirəsinin hər zaman hörmətlə yad ediləcəyini bildirib.
Daha sonra çıxış edənlər – Milli Qəhrəman Vahid Quliyev, Qarabağ qaziləri Hikmət və Anar Məmmədovlar şəhidimizin qisasının qıza müddətdə alınacağını bəyan ediblər.
Oxşar yazılar

BÜRCLƏRİN ərə getmək istəməyən qadınları: Qız qalmaq RİSKİ
13 mart 2025 , 08:08
Market rəflərində gizli təhlükə – Hər gün nə yeyirik? - VİDEO
13 mart 2025 , 02:01
Martın 13-dən nağıllardakı kimi yaşamağa başlayacaq BEŞ BÜRC: Hamı onlara həsəd aparacaq
13 mart 2025 , 00:01
Bakını bürüyən duman haradan gəlir? - VİDEO
12 mart 2025 , 23:47
Ramazan ayının 13-cü gününün DUASI
12 mart 2025 , 22:00Naxçıvanda icra başçısına yeni müavin təyin olundu
12 mart 2025 , 21:07
Şahin Bağırova yeni müavin təyin edildi - SƏRƏNCAM
12 mart 2025 , 20:12