Əhliman Əmiraslanov yanğın baş verən yataqxanada olub
01 mart 2014 12:33 (UTC +04:00)

Əhliman Əmiraslanov yanğın baş verən yataqxanada olub

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov ATU-nun yanğın baş verən yataqxanasında durumla tanış olub. Bu barədə Lent.az-a ATU-nun mətbuat katibi Günel Aslanova bildirib. Onun sözlərinə görə, hazırda hadisənin səbəbləri araşdırılır.

 

Yanğın saat 9.55 radələrində ATU-nun xarici tələbələr yaşayan 5 saylı yataqxanasında, 404 saylı otaqda başlayıb. Hələlik yanğının səbəbi dəqiqləşdirilməyib. Hadisənin elektrik xətlərində qısaqapanma nəticəsində yarandığı güman edilir.

Yanğın zamanı otaqda heç kim olmayıb. Buna görə də hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Yalnız yataqxanada olan iki əcnəbi tələbə tüstüdən yüngül zəhərlənib. Halları pisləşən tələbələrə ilkin tibbi yardım göstəriləndən sonra onların vəziyyəti sabitləşib.

Yağın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən qısa müddətdə söndürülüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999

Oxşar yazılar