2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırıblar. Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artıb, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olub. Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçib.
Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 milyard manata çatıb.