2012-ci ilin yanvar-avqust aylarında Əfqanıstandan Azərbaycan ərazisindən keçməklə 2200 yaralı daşınıb.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov məlumat verib.
O qeyd edib ki, NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentinin yüklərinin daşınmasında tranzit ölkə rolunu oynayan Azərbaycan hərbi alyansla aktiv əməkdaşlıq edir. Sülhməramlı kontingentin yüklərinin 30 faizi Azərbaycandan keçməklə daşınır.