ƏƏSMN mini-futbol turnirinə yekun vurdu
05 may 2014 14:45 (UTC +04:00)

ƏƏSMN mini-futbol turnirinə yekun vurdu

Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq keçirilən mini-futbol turnirinə yekun vurulub. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

 

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi naminə göstərmiş olduğu tarixi xidmətlərdən söz açıb.

 

Daha sonra nazir Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən belə idman tədbirlərinin mahiyyət etibarilə gənclərin idmana meylinin dəstəklənməsinə, onlar arasında sağlam həyat tərzinin təbliğinə xidmət etdiyini bildirib.

Mini-futbol turnirində Nazirliyin 8 komandası iştirak edib. Final oyununda Nazirliyin Mərkəzi Aparatının komandası Dövlət Məşğulluq Xidmətinin komandasına qalib gələrək turnirin qalibi olub.

 

Sonra mini-futbol turnirlərinin qalibləri olan komandalara kubok və medallar təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar