Dünya Bankının əməkdaşları ADİU-da tədris prosesinə qatılacaqlar
29 aprel 2014 15:05 (UTC +04:00)

Dünya Bankının əməkdaşları ADİU-da tədris prosesinə qatılacaqlar

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb. Bu barədə Lent.az-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə 2005-ci ildə yaradılmış ADİU-Dünya Bankı İctimai İnformasiya Mərkəzinin fəaliyyətinin gücləndirilməsi, müəllim və tələbə heyətinə müxtəlif mövzularda təlimlərin keçirilməsi, elektron kitabxananın yaradılması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Leşçenko bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirərək, Dünya Bankı ofisinin əməkdaşlarının ADİU-nun tədris prosesində iştirakını təklif edib.

Görüşdə yaxın zamanlarda DB əməkdaşlarının ADİU-da layihələrin idarə edilməsi mövzusunda təlim keçməsi barədə razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar