Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev fevralın 19-da Sumqayıtda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə Fonddan məlumat verilib.
Qəbulda Sumqayıt şəhərinin, Qubadlı, Xızı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edəcəklər.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların fevralın 19-da Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Sumqayıt şəhər şöbəsinə aparılıb gətirilmələri təmin olunacaq.