DSMF: Qeydiyyata alınan əcnəbilərin sayı artıb
25 oktyabr 2013 15:45 (UTC +04:00)

DSMF: Qeydiyyata alınan əcnəbilərin sayı artıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 16297 nəfərə yüksəlib. Bu barədə Lent.az-a Fondan məlumat verilib. Cari ilin 9 ayı ərzində DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 15,6 faiz artıb.  Hesabat dövründə  DSMF tərəfindən əlavə olaraq 2544  nəfər əcnəbi vətəndaşa fərdi hesab açılıb.

  

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2 faizini kişilər, 9,8 faizini isə qadınlar təşkil edir. 

 

Ümumilikdə  99 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə, Gürcüstan və Rusiya vətəndaşlarına məxsusdur. Hazırda sistemdə qeydiyyatda olan əcnəbilərin 9498  nəfərini Türkiyə vətəndaşları, 1762 nəfərini Gürcüstan vətəndaşları, 827 nəfərini Rusiya Federasiyasının vətəndaşları təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar