DSMF-yə müraciətlərin sayı azalıb
15 yanvar 2013 12:37 (UTC +04:00)

DSMF-yə müraciətlərin sayı azalıb

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 2012-ci il ərzində vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması təmin edilib.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, ümumilikdə il ərzində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 42,5 faiz azalıb.

Ötən il daxil olan müraciətlər arasında əvvəlki illərlə müqayisədə daha çox pensiya və müavinətlərin hesablanması, pensiyanın azlığı istiqamətində müraciətlərin sayı azalıb.  Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanmasının həyata keçirilməsi bu istiqamətdə müraciətlərin 2012-ci ildə azalmasına gətirib çıxarıb. Vətəndaşların suallarının cavablandırılması həm də Fondun “190” nömrəli mərkəzi çağrı sistemi vasitəsilə həyata keçirilib. 2012-ci il ərzində telefon məlumat xidmətinə daxil olan müraciətlərin 47,6 faizi bilavasitə pensiya məsələlərinə aid olub.  Müraciətlərin 21,73 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 30,6 faizi isə fərdi uçotun təşkili və digər məsələlərlə əlaqədar olub.

İctimaiyyətlə əlaqələrin mühüm həlqəsi kimi DSMF özünün internet saytı (www.sspf.gov.az, www.dsmf.gov.az) vasitəsilə də əhalini maraqlandıran sualları cavablandırmaqda davam edib.  Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın “Sual-cavab” altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib. Keçən il ərzində DSMF-nin  internet saytının “Sual-cavab” altqrupuna vətəndaşlar tərəfindən ünvanlanan sualların 33,9 faizi əmək pensiyaları ilə bağlı olub. Sualların 25,8 faizi sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib.  Bundan başqa, “Sual-cavab” altqrupuna göndərilən sualların 14,7 faizi hərbi qulluqçulara dair pensiya və müavinətlərə,  9,9 faizi isə fərdi uçotla  bağlı olub. 

Sualların 14,8 faizi isə altqrupun “digər” bölməsinə ünvanlanıb. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib.  Saytın “qonaq” bölməsinə daxil olan elektron məktublar isə müraciətlərin 0,9 faizini əhatə edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749
avatar

Oxşar yazılar