DSMF-nın keçirdiyi mini-futbol turniri başa çatdı
05 may 2014 18:44 (UTC +04:00)

DSMF-nın keçirdiyi mini-futbol turniri başa çatdı

Dövlət Sosial Müdafiə Fondunda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən mini-futbol turniri başa çatıb. Bu barədə Lent.az-a Fondun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.  Bu münasibətlə keçirilən tədbirdə DSMF sədri Elman Mehdiyev çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına qayğısı bu sahədə yüksəlişin əsasını qoyub.

 

Fondun sədri onu da vurğulayıb ki, DSMF-da artıq neçə ildir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil olunur ki, bunlardan biri də bu gün başa çatan komandalar arası mini-futbol turniridir. Daha sonra E. Mehdiyev 8 komandanın yarışa qatıldığı mini-futbol turnirinin qaliblərini təbrik edib və onlara kubok, medal, diplom və mükafatları təqdim edib.

 

Qeyd edək ki, DSMF-da Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fondun şəhər və rayon strukturlarının 32 nəfər əməkdaşı arasında şahmat və 21 nəfər əməkdaşı arasında stolüstü tennis yarışları da keçirilib. Bu yarışların qalibləri də müəyyənləşib və mükafatlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585

Oxşar yazılar