DSMF-da vətəndaş forumu keçirilib
28 fevral 2014 18:59 (UTC +04:00)

DSMF-da vətəndaş forumu keçirilib

Dövlət Sosial Müdafiə Fondunda “Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları” mövzusunda “Açıq qapı” günü-vətəndaş forumu keçirilib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, forum ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq “Dövlət qulluğuna qəbul və dövlət qulluğunda irəli çəkilmənin əsasları” mövzusunda baş tutub. 

 

Forumda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahanlarını uğurla vermiş ehtiyatda olan namizədlər, Dövlət İdarəçilik Akademiyasının məzunları, DSMF-nın gənc əməkdaşları, media mənsubları və digər şəxslər iştirak edib.

 

Forumda açılış nitqi söyləyən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ilin iyul ayında “Dövlət qulluğu haqqında” qanunun qəbulu nəticəsində dövlət qulluğu sahəsində vahid sistemin formalaşdırılmasının əsası qoyulub. Ötən dövrdə ölkə prezidentinin rəhbərliyi ilə bu sahədə aparılan məqsədyönlü islahatlar dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi və insan kapitalının inkişafında mühüm rol oynayıb.

 

Ölkə üzrə dövlət qulluqçularının 10 faizinin DSMF-da çalışdığını və onların arasında gənclərin üstünlük təşkil etdiyini vurğulayan Fondun sədri diqqətə çatdırıb ki, Fond 2007-ci ildən dövlət qulluğu üçün kadrların müsabiqə və müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması,

həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlərlə əlaqədar Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq edir. 2007-2013-cü illərdə DSMF üzrə keçirilən müsabiqələrdə 1918 nəfər namizəd iştirak edib, bunlardan 530 nəfəri qalib gəlib və vəzifəyə uyğun gələn namizədlər müvafiq vəzifələrə təyin olunublar.

 

Bundan əlavə, dövlət qulluqçularının peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılması istiqamətində Komissiya ilə birgə əməkdaşlıq həyata keçirilir.

 

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov forumdakı çıxışında Komissiyanın əsas fəaliyyət prinsipləri barədə məlumat verib. Komissiya sədri bütün dövlət orqanlarında tətbiqinə başlanılması məqsədilə DSMF-nin aparatında qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin nəticələri barədə də məlumat verib.

 

Forumda “Azərbaycanın sığorta-pensiya sistemi: sürətli islahatlarla müasirliyə doğru”,

“Dövlət qulluğuna qəbul” və “Dövlət qulluğunda irəli çəkilmə” mövzularında təqdimatlar keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar