"Quş qripi"nə görə monitorinqlər başladı
20 oktyabr 2014 17:25 (UTC +04:00)

"Quş qripi"nə görə monitorinqlər başladı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti köçəri quşların miqrasiyasını nəzərə alaraq “Quş qripi” ilə bağlı növbəti monitorinqə start verib.

 

Lent.az-ın məlumatına görə, monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.

 

Nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçiriləcək. Monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

 

Monitorinqin nəticələri oktyabrın 31-də ictimaiyyət üçün açıqlanacaq.

 

Dövlət  Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır.

 

Hazırda ölkədə "quş qripi" xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349

Oxşar yazılar