“Azərbaycanı çox parçalamaq istədilər. Hələ sovet dövründə də parçalamaq istədilər, alınmadı. Dövlətimiz indi də Azərbaycanı parçalamaq istiqamətində fəaliyyətlərə layiqli cavab verəcək”.
APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib.
K. Abdulla bildirib ki, təmiz dini əqidə üzərində böyümək, böyütmək, formalaşdırmaq hər kəsin borcudur: “Bu kursun açılması çox böyük tarixi hadisədir. Din xadimləri ilə müxtəlif dövlət xadimləri görüşməli, onlar dövlət xadimlərinin fikirlərini bilməlidirlər. Bu kursda həqiqi mənəvi mirasımızın çatdırılacağına əminəm. Prezident İlham Əliyev ölkəmizi güclü və varlı görmək istəyir. Bu, həm də din və din xadimlərinə münasibətlə bağlıdır”.