Dövlət Komitəsində yenilik
20 iyun 2013 14:46 (UTC +04:00)

Dövlət Komitəsində yenilik

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin elektron xidmətləri “Elektron hökümət” portalına (www.e-gov.az) inteqrasiya olunub.

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, portal vasitəsilə vətəndaşların istifadəsinə təqdim edilmiş xidmətlərə “Xarici ölkənin milli orqanının və beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu”, “Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu”, “Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu”, “Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi” və “Apelyasiya Şurasına etirazın (ərizənin) verilməsi” e-xidmətləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846
avatar

Oxşar yazılar