Dövlət Komitəsi şimal regionunda dindarlarla görüşəcək
10 iyul 2014 13:20 (UTC +04:00)

Dövlət Komitəsi şimal regionunda dindarlarla görüşəcək

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcud dini situasiya ilə bağlı ölkənin şimal-qərb bölgəsində müxtəlif məzhəblərə məxsus dini icmalarla görüşlərə başlayıb.


 

Komitənin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Görüşlər komitənin sədr əvəzi Səyyad Salahlının rəhbərliyi ilə keçirilir.

 

S.Salahlı görüşlərə Şəki rayonundan başlayıb. Görüşün məqsədi mövcud dini situasiya ilə bağlı icmalar ilə söhbət aparmaq, problemləri araşdırmaq, onların həlli istiqamətində konkret addımların atılmasıdır.

 

Səfər çərçivəsində bölgədəki dindarlarla birlikdə Azərbaycanın ərazi bütövlüyü və dövlət təhlükəsizliyi uğrunda şəhid olanların ailələri də ziyarət olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527

Oxşar yazılar