Dövlət Komitəsi heyvan ətlərinin təyini sınaqlarına başlayıb
01 may 2014 14:25 (UTC +04:00)

Dövlət Komitəsi heyvan ətlərinin təyini sınaqlarına başlayıb

Azərbaycanda ilk dəfə olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) Təcrübə-Sınaq Mərkəzində (AzTEST) müxtəlif növ heyvanların ətinin DNT ekstraksiyası üsulu ilə təyini sınaqlarına başlanılıb.

 

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ilk olaraq at, uzunqulaq, donuz və toyuq ətinin təyini üzrə reagentlər alınaraq istifadəyə verilib. Sınaqlar həm çiy, həm də bişmiş və emal olunmuş ətin üzərində aparılacaq.

 

AzTEST-in Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasında at ətindən DNT ayrılaraq “Real-time PCR” cihazında sınaq aparılıb və müsbət nəticə alınıb.

 

Sınaqları aparmaq üçün laboratoriyada əsasən Almaniyanın “QiaGen” şirkətinin istehsalı olan “Ekstraktor” (QiaCube) və “Real-Time PCR” cihazlarından, həmçinin Almaniyanın test reagentlərindən istifadə olunacaq.

 

Təcrübə-Sınaq Mərkəzində aparılan bu sınaqlar Azərbaycanda ilk dəfə olaraq həyata keçirilməkdədir. Bu sınaqlar satılan və istifadə olunan ətin hansı heyvan növünə aid olduğunu ayırd etməklə istehlakçı hüquqlarının qorunmasına kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34