Doğum və ölümün qeydə alınma qaydası dəyişdi
02 aprel 2013 12:02 (UTC +04:00)

Doğum və ölümün qeydə alınma qaydası dəyişdi

 

 

Nazirlər Kabineti 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən doğumun, ölümün, övladlığa götürülmənin və atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilməməsi barədə müddəa ləğv edilib.

 

# 2060
avatar

Oxşar yazılar