Dini kitab satışı lisenziyalaşdırılacaq
19 sentyabr 2014 10:50 (UTC +04:00)

Dini kitab satışı lisenziyalaşdırılacaq

 

Azərbaycanda dini ədəbiyyat və məmulatların satışı lisenziyalaşdırılmalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bununla bağlı müvafiq qurumlara konkret təkliflər göndərib. Lent.az-ın “Trend”ə istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

 

 

Dövlət Komitəsi sədrinin sözlərinə görə, dini ədəbiyyatın, xüsusilə milli mentalitetimizə, xüsusiyyətlərimizə, inkişafımıza uyğun olmayaraq müəyyən qeyri-ənənəvi dini qrupların kitablarının burada yayılmasının qarşısını almaq üçün DQİDK-ya müəyyən səlahiyyətlər verilib. Bununla bağlı Komitədə xüsusi ekspertiza qrupu fəaliyyət göstərir və ölkəyə daxil olan, eləcə də ölkədə çap olunan dini kitablar ekspertizadan keçirilir, yoxlanılır.

Lakin M. Qurbanlı hesab edir ki, Dövlət Komitəsinin dini kitabların satışı ilə də bağlı razılığı alınmalıdır: “Dini kitabların satışı üçün bizim razılığımız alınmalıdır. Burada sərt mərkəzləşmə getməlidir. Həm ölkəyə daxil olan və ölkədə nəşr olunan kitabların, həm də dini xarakterli məmulatların satışı ilə bağlı lisenziyalaşdırma aparılmalıdır. Bu sahədə mütləq müəyyən lisenziyalaşdırma sistemi tətbiq olunmalıdır”.

Komitə sədri qeyd edib ki, bununla bağlı DQİDK tərəfindən konkret təkliflər zərfi hazırlanıb və müvafiq qurumlara göndərilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719
avatar

Oxşar yazılar