Bu il dini icmaların kiçik layihələrinə qrant dəstəyi veriləcək. Lent.az-ın məlumatına görə,
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib. Onun sözlərinə görə, ötən il Milli Tolerantlıq Mərkəzi də yaradılıb.
Komitə sədrinin sözlərinə görə, artıq Komitənin loqosu da müəyyənləşib. Bununla bağlı keçirilən müsabiqəyə xaricdən və ölkə daxilindən olmaqla, 50 loqo təsviri təqdim edilib.
Loqo səkkiz guşəlidir, gerbimiz və dua şəklində açılmış iki əllə əhatə olunmuş alovdan ibarətdir. Səkkiz guşə Azərbaycanda dini tolerantlığı və dinlər arasındakı münasibətlərin çoxşaxəliliyini bildirir.