DİN-in Hospitalının yeni rəisləri kollektivə təqdim edilib
24 yanvar 2014 20:46 (UTC +04:00)

DİN-in Hospitalının yeni rəisləri kollektivə təqdim edilib

Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Respublika Hospitalında Tibb İdarəsi əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Tibb İdarəsinin və Respublika Hospitalının yeni rəislərini kollektivə təqdim edib. O, əmin olduğunu bildirib ki, sürətlə dəyişən və inkişaf edən səhiyyə sistemləri ilə ayaqlaşa bilmək üçün müvafiq təkliflər hazırlanacaq: “Tibb işçiləri bütün bilik və bacarıqlarını sərf edərək əməkdaşlarımızın, onların ailə üzvlərinin, daxili işlər orqanları təqaüdçülərinin və ümumən, vətəndaşlarımızın sağlamlığı keşiyində ayıq-sayıq dayanacaqlar”.

 

Tibb İdarəsinin rəisi Mahmud Yusifov və hospitalın rəisi Ramiz Əkbərov onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, tibbi xidmətin daha da yaxşılaşdırılması, işdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün var qüvvələrini əsirgəməyəcəklərinə söz veriblər

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1415
avatar

Oxşar yazılar