Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. Gündəlik məsələ, coğrafiya fənni üzrə ümumi təhsilin fənn standartları ilə bağlı olub.
Seminar iclasında Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran vəQuba regional bölmələrindən internet vasitəsi ilə video-bağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak edib və gündəlik məsələ ilə bağlı fikirlər bildirib, təkliflər veriblər.
İclasda istifadədə olan VI-XI sinif dərsliklərinin müzakirəsini həyata keçirmək üçün işçi qrupları yaradılıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
TQDK-da həmçinin vətəndaşların narazılıq etdiyi 5-ci sinifləri üçün riyaziyyat dərsliyi və müəllim üçün metodik vəsaitin müzakirəsi olub. Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirədə Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, dərslik müəllifləri Nayma Qəhrəmanova və Famil Hüseynov, professor Məmməd Bayramoğlu, ADPU-nun dosenti Seyidağa Həmidov, Dərsliklərin Qiymətləndirmə Şurasının ekspertləri iştirak ediblər.