Dərsliklərin monitorinqinə dair hazırlıq iclasları başlayıb
03 oktyabr 2013 10:37 (UTC +04:00)

Dərsliklərin monitorinqinə dair hazırlıq iclasları başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2013-2014-cü tədris ilində istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair hazırlıq iclasları keçirilib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gündəlik məsələ yeni istifadəyə verilmiş və yenidən çap olunmuş dərsliklərin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olub.

Hazırlıq iclasları müvafiq fənn müəllimlərinin iştirakı ilə fizika, təsviri incəsənət, rus dili və ədəbiyyatı fənləri üzrə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar