"Dərman vasitələri haqqında" qanuna dəyişikliklər təsdiqləndi
04 aprel 2015 19:40 (UTC +04:00)

"Dərman vasitələri haqqında" qanuna dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər təsdiqləyib.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, qanuna əsasən, nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

 

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürüləcək. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.


Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 99
avatar

Oxşar yazılar