Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 24-dən 29-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaq. Lent.az-ın məlumatına görə, bu xəbəri Milli Məclisin Mətbuat xidməti yayıb. İclasda “Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət”, “Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər”, “Avropanın mədəni irsi”, “Ümumavropa evi çərçivəsində əməkdaşlıq” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.
Deputat AŞPA-da təhsildən danışacaq
492