Demoqrafiya ilə bağlı Dövlət Proqramı hazırlanır
18 fevral 2014 11:35 (UTC +04:00)

Demoqrafiya ilə bağlı Dövlət Proqramı hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsinin hazırlanması işləri artıq yekunlaşmaqdadır. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Demoqrafik İnkişaf Konsepsiyası”na və digər normativ-hüquqi sənədlərə əsaslanan layihə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir.

Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdırmaqla, Azərbaycanın sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanan layihənin yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunması nəzərə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457

Oxşar yazılar