Dəmir yollarının sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsinə başlanılıb
14 fevral 2015 15:20 (UTC +04:00)

Dəmir yollarının sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsinə başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun təşəbbüsü ilə dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından çirkləndirilməsinin qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıb. QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, uzun illər keçirilən reydlər zamanı müşahidə olunan yarıtmaz hallar barədə müvafiq rayonların rəhbərlərinə yazılı müraciət olunsa da, vəziyyət, demək olar ki, yarıtmaz olaraq qalır. 

 

Bu gün dəmir yolunun sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi üçün QSC-nin İnfrastruktur, Yük və Sərnişin daşımaları Departamentlərinin müvafiq kollektivlərinin iştirakı ilə iməcilik keçirilir. İməcilik zamanı Bakı və Biləcəri qovşaqlarında, Abşeron şəhərətrafı zonada və Sumqayıt stansiyası ərazilərində (təxminən 100 km-lik ərazidə) dəmir yolunun sanitariya-mühafizə zonası məişət tullantılarından təmizlənməsi həyata keçirilir.

 

Belə tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar