"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimə keçdi
29 avqust 2017 16:59 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimə keçdi

 

Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, qurumun kollektivi Qurban bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

 

Belə ki, sərnişin qatarlarında xidmət mədəniyyəti səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Eyni zamanda Qurban bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulması təmin ediləcək.

 

Bir daha sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Oxşar yazılar