“Azərbaycanda qısa müddət ərzində 200 mindən artıq vətəndaşla əmək müqavilələrinin bağlanmasına nail olunub”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. O qeyd edib ki, işçilərlə bu müqavilələrin bağlanması müxtəlif dövlət qurumları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilib.
Nazir yay mövsümündə daş karxanalarında aparılacaq monitorinqlərə də münasibət bildirib. O qeyd edib ki, daş karxanalarında monitorinqlər mütəmadi olaraq davam etdirilir: “Yay mövsümü başladığından orada işlərin həcmi kifayət qədər artıb. Ona görə də biz yaxın zamanlarda daş karxanalarında növbəti reydlər həyata keçirəcəyik”.