Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC- nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, elektron tablolar Bakı dairəvi yolunun 2 və 11-ci km-də qoyulub.
Onun sözlərinə görə, adıçəkilən yolun sol və orta zolaqlarında sürət həddi 110 km/saat, sağ zolaqda isə 90 km/saat təyin olunub.
Qeyd edək ki, təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsi (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti üçün 7-8 günlük bağlanıb.
Bu, eyni zamanda Bakı Şəhər Yol Polisi İdarəsi istiqamətindən gələrək Bakı dairəvi yolunun 4-cü km-də yerləşən yol ötürücüsündən dönmə əməliyyatı etməklə sözügedən əraziyə hərəkət edən nəqliyyat vasitələrinə də aiddir. Sürücülər alternativ olaraq Xocasən-Lökbatan yolu vasitəsilə Bakı dairəvi avtomobil yolunun 8-ci km-ə çıxmaqla Lökbatan istiqamətinə hərəkət edə bilərlər.