Dairəvi yolda nəqliyyatın hərəkəti bərpa olunub
05 sentyabr 2014 10:20 (UTC +04:00)

Dairəvi yolda nəqliyyatın hərəkəti bərpa olunub

 Sentyabrın 4-dən 5-nə keçən gecə Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsində (“Sədərək” ticarət mərkəzinədək) nəqliyyatın hərəkəti bərpa olunub.

 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, yolun qeyd olunan hissəsində asfalt-beton örtüyünün aşınma qatının yenilənməsi və xətlənmə işləri nəzərdə tutulan müddətdə başa çatdırılıb.

 

Xatırladaq ki, Bakı dairəvi yolunun qeyd olunan hissəsi təmir işləri ilə əlaqədar avqustun 24-dən 25-ə keçən gecə bağlanıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar