Daha bir qəzetin adı “qara siyahı”ya salınacaq
27 yanvar 2016 16:45 (UTC +04:00)

Daha bir qəzetin adı “qara siyahı”ya salınacaq

Bu gün Azərbaycan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyası növbəti iclasını keçirib. Lent.az-ın məlumatına görə, komissiyanın sədri, “İki sahil” qəzetin baş redaktoru Vüqar Rəhimzadə müzakirə olunan 21 məsələdən altısının şuranın Şikayətlər üzrə Komissiyası, digərlərinin isə MŞ Katibliyi tərəfindən təqdim edildiyini deyib.

 

Öncə MŞ-nın Şikayətlər üzrə Komissiyasının son iclasının rəyləri müzakirə olunub. Qeyd edilib ki, “Xalq tribunası” qəzetinin fəaliyyətində etik prinsiplərə sayğısızlıq, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn məqamlar üstünlük təşkil etməkdədir. Buna görə də həmin kütləvi informasiya vasitəsinin adının şuranın “qara siyahı” sına salınması üçün İdarə Heyətinə müvafiq rəyin təqdimatı məntiqi sayılıb.

 

Komissiya  qəzet barədə ilkin müzakirədən sonra Mətbuat Şurasına Abşeron Dövlət Arxiv İdarəsindən ünvanlanan şikayətdə ifadəsini tapan məqamların da buna əsas verdiyi qənaətinə gəlib.

 

İclasda Şikayətlər üzrə Komissiyanın pia.az, azfakt.az, azerinfo.org, reportyor.tv saytları barədə rəyinə də münasibət bildirib. Məsələ ilə bağlı bir sıra nüansların araşdırılma mərhələsində olduğu göstərilib. Komissiya bunu əsas götürərək məsələyə araşdırma başa çatdıqdan sonra yenidən qayıtmağı məqbul sayıb.

 

Komissiya digər şikayətlər barədə də müvafiq rəylər çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar