Daha bir komitəyə əlavə səlahiyyət verildi QƏRAR
25 iyun 2014 16:14 (UTC +04:00)

Daha bir komitəyə əlavə səlahiyyət verildi QƏRAR

Baş nazir "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli  qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar verib. Bu barədə Lent.az-a nazirlər Kabinetindən məlumat verilib.

Bununla da Azərbaycanda məcburi ekspertizadan keçirilməli olan layihə-konstruktor və texnoloji sənədlərin siyahısı müəyyənləşib.

 

Qərara əsasən, metroloji ekspertiza Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  tərəfindən metroloji ekspertiza sahəsi üzrə akkreditasiya olunmuş fiziki və hüquqi şəxslər tərəfindən aparılacaq.

  

İşlənilib hazırlanma dövründə metroloji ekspertizası zəruri olan layihə-konstruktor sənədlərinin sırasına texniki təklif, eskiz layihəsi, texniki layihə, yığım və qabarit çertyojları, izahedici qeyd, texniki şərait, sınağın proqramı və metodu, istismar və təmir sənədləri, montaj çertyoju, texniki səviyyənin kartı daxildir. İşlənilib hazırlanma dövründə metroloji ekspertizası zəruri olan texnoloji sənədlərə isə marşrut, əməliyyat və eskizlər kartları, texnoloji təlimat və təchizat siyahısı daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1184

Oxşar yazılar