Daha 386 müəllim işə qəbul olundu
03 sentyabr 2014 12:57 (UTC +04:00)

Daha 386 müəllim işə qəbul olundu

 

 

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə ümumi təhsil müəssisələrində boş qalan yerlərə əlavə yerləşdirmənin nəticələri açıqlanıb.


 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin işə qəbulu qaydalarında müsabiqə başa çatdıqdan 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən müəllimlər üçün əlavə yerləşdirmə nəzərdə tutulub. Onun sözlərinə görə, həmin qaydalara uyğun olaraq, Təhsil Nazirliyi bir həftə ərazində boş qalan vakant yerləri elan edib: “Əlavə yerləşdirmə zamanı təxminən 3 minə qədər müəllim həmin yerləri tutmaq üçün elektron müraciət edib. Müraciət edənlər üçün müsabiqə keçirilib, onlar bu müsabiqədə topladıqları ballarla iştirak etdilər. Avqustun 29-da yerləşdirmə aparılıb və onlardan 605 nəfər əlavə yerləşdirmə nəticəsində işə qəbul olmaq üçün müsahibədə iştirak etmək hüququ qazanıblar. Sentyabrın 1-də isə həmin müəllimlər üçün müsabiqə təşkil edilib və yekun mərhələnin nəticəsinə görə 386 nəfər müəllim işə qəbul olunub”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 905
avatar

Oxşar yazılar